Üç uşaq anası intihar edib
Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Üç uşaq anası olan F. Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=148816