Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı – Fotolar

29.06.2020 - 11:19

Ukraynanın Dnepr əyalətində 3 Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, onlar yaşlı ailənin evinə basqın etməkdə təqsirləndirilirlər. Belə ki, iyunun 26-dan 27-nə keçən gecə, onlar 78 yaşlı kişinin və 81 yaşlı qadının yaşıdığı evə daxil olaraq yaşlı ailəni bıçaqla hədələyiblər. Daha sonra onlar qocaların əllərini bağlayıb, pullarını, zinət əşyalarını və “VAZ” markalı avtomobili oğurlayaraq qaçıblar.

Əməliyyat tədbiri zamanı polis əməkdaşları cinayəti törədən Krivoy Roq sakinləri, 29, 34 və 37 yaşlı 3 nəfəri saxlayıb. Onların Azərbaycan vətəndaşı olduqları və Ukraynada daimi yaşamaq icazəsi aldıqları müəyyən edilib. Oğurlanan əşyalar geri götürülüb. Faktla balı cinayət işi açılıb, istintaq aparılır.

Soyğunçuları əmlakın müsadirə olunması ilə birlikdə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.



http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148951

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031