Bakıda karantin qaydalarını pozan gənc intihara cəhd etdi

01.07.2020 - 10:58

Bakıda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

“Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “dayan” əmrinə tabe olmayaraq karantin qaydalarını pozub.

Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb. Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun boyun nahiyəsində və qarnın ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149046

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930