Ana qızını xilas edərkən özü öldü

05.07.2020 - 13:29

Naftalan şəhərində kişi arvadını öldürüb, ögey qızını yaralayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğlu qeyri-rəsmi nikahda olduğu arvadı, 1979-cu il təvəllüdlü Verdiyeva Elnurə Elm qızını öldürüb.

Z.Məmmədov E.Verdiyevanın birinci evliliyindən olan qızı, 2002-ci il təvəllüdlü Həsənova Aysun Elşad qızına ağır xəsarət yetirib.

İlkin məlumata görə, hadisə Aysun Həsənova ilə bağlı baş verib. Z. Məmmədov qısqanclıq zəminində ögey qızını öldürmək istəyib, bu zaman anası özünü onun önünə verib və qızını xilas etsə də, aldığı xəsarətdən vəfat edib.

Zəfər Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=149379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728