Baş həkimin oğlu həbs edildi

09.07.2020 - 00:01

Ötən gün Sabirabad şəhərində iki piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə DİN açıqlama yayıb. Daxili İşlər nazirliyindən Axar.az-a verilən məlumata görə, 7 iyul saat 13 radələrində şəhərin Muğan prospektində yolu keçən piyadalar Banı Əliyeva və qızı Hədiyyə sürücü Kamran Nəsirlinin idarə etdiyi “Mersedes Benz” markalı avtomobillə vurulub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata verilib. İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.
Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub. Ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Short URL: http://www.cumhuriyyet.net/?p=149551

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728