SƏRHƏDÇİLƏR QƏZAYA DÜŞDÜ – Qərargah rəisi ölüb

20.07.2020 - 10:51

İyulun 20-də saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat etmiş, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunub.

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailə­sinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=150411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31