Azərbaycanda şirkət direktoru yol qəzasında öldü – Cinayət işi başlanıldı

28.07.2020 - 13:40

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı istintaq tədbirləri davam etdirilir.

“Report”un xəbərinə görə, ötən gün vətəndaş Zəkəriyyə Poladov idarə etdiyi “Nissasn” markalı avtomobili aşıraraq hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırmış və hadisə yerində ölüb.

Qeyd edək ki, Z.Poladov “Azenko” MMC-nin direktoru vəzifəsində çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=151130

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31