Rusiya İranda terror təcrübəsi keçmiş Mehdi Şükürovu Azərbaycana təhvil verdi

28.07.2020 - 16:27

Rusiya İranda qanunsuz silahlı dəstələrdə iştirak etməkdə təqsirləndirilən şəxsi Azərbaycana təhvil verib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

“Azərbaycan tərəfinin tələbi ilə Rusiya Federasiyasının Baş Prokurorluğu Mehdi Şükürovu cinayət təqibi üçün təhvil verdi” deyə qurumun nəzarət idarəsindən bildirilib. O, Azərbaycan Respublikası CM-nin 12.3-cü, 214-3.1-ci (“terrorizm məqsədi ilə təlimlərin keçirilməsi”) və 12.1-ci, 279.1-ci (“qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak”) maddələri ilə ittiham olunur.

İstintaqın versiyasına görə, M.Şükürov 2016-cı ilin mart ayında Azərbaycanın “Biləsuvar” gömrük buraxılış məntəqəsindən İran ərazisinə keçib və orada qanunsuz silahlı birləşmələrə qoşulub. O, terror cinayətləri törətmək üçün odlu silahdan, partlayıcı maddələrdən və digər texniki vasitələrdən istifadə etmək üçün təlim keçib. Onun Rusiya ərazisində olduğu müəyyən ediləndən sonra Azərbaycanın Baş Prokurorluğu tərəfindən təqsirləndirilən şəxsin verilməsi barədə sorğu göndərilmişdi. Həmin sorğu 2020-ci ilin martında təmin edilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=151155

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31