Gizli yolla Qubaya sərnişin daşıyan sürücülər yaxalandı – FOTO

30.07.2020 - 13:49

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına gizli yollarla icazələri olmayan sərnişinləri daşıyan iki sürücü – Cavid Ramazanov və Mehbala İsrafilov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, araşdırmalar zamanı Cavid Ramazanovun xüsusi karantin qaydalarını pozaraq, şəxsi nəqliyyat vasitəsi ilə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Belə ki, onun xüsusi icazələri olmayan sərnişinlərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Bakı şəhərindən ölkənin şimal rayonlarına daşıdığı məlum olub. Bakı-Quba yolu üzərində müvəqqəti quraşdırılmış postdan keçən zaman o, sərnişinləri postdan bir qədər aralıda düşürərək tanışı Mehbala İsrafilova görüşdürüb və sərnişinlər M.İsrafilovun bələdçiliyi ilə postun arxa hissəsində olan torpaq yolu ilə həmin ərazidən keçməyə nail olublar. Daha sonra isə C.Ramazanova məxsus nəqliyyat vasitəsinə əyləşən müştərilər yollarına davam ediblər.

Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Quba Rayon Məhkəməsinə göndərilib. Karantin qaydalarını pozan C.Ramazanov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. M.İsrafilov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151330

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930