Zərdabda torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərdi, ələ keçdi

03.08.2020 - 20:28

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Alıcanlı kənd sakini Orxan Əmirov saxlanılıb.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, ona məxsus kənd ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 2 kiloqram 105 qram olan səkkiz çətənə kolu aşkar olunaraq götürülüb.

Orxan Əmirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl şəxsi istifadəsi üçün əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151676

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930