60 min manat borcunu istəyən həmkəndlisini güllələdi – MƏHKƏMƏ

05.08.2020 - 14:19

Ağdam rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Cəbrayıl İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Ağdam rayonunun Aşağı Yüzbaşılı kəndində baş verib. 1956-cı il təvəllüdlü C.İsmayılov mübahisə zəminidə 1988-ci il təvəllüdlü Məmmədov Orxan Bəhlul oğlunu güllələyib. Mübahisəyə O.Məmmədovun Cəbrayıl İsmayılovdan ölən atasına borclu olduğu 60 000 manat borcu ödəməsini istəməsi səbəb olub. C.İsmayılov lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla O.Məmmədovu yaralayıb.

C.İsmayılova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151760

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930