Polus cinayətkar dəstəni zərərsizləşirdi – Biznesmenə hücum planı

06.08.2020 - 11:50

Lənkəran Rayon Polis Idarəsinin apardığı əməliyyat tədbirləri nəticəsində quldurluq törədən şəxslərdən birinin kimliyi məlum olub. Hadisə üç gün əvvəl Lənkəran şəhərində qeyri-aşkar şəraitdə baş verib. Belə ki, Lənkəran şəhəri, Fizuli küçəsində yaşayan Tural Telman oğlu Fətullazadə atasına məxsus olan zərgərlik məmulatları mağazasına gedərkən maskalı şəxslərin hücumuna məruz qalıb.
Onun baş nahiyəsinə beşbarmaqla xəsarət yetirərək əlindəki çantada olan təxminən 100 min manatlıq qızıl-zinət əşyaları aparılıb. Qeyd edək ki, hadisədə bir neçə şəxsin iştirak etdiyi ehtimal edilir. Basqın edənlərin qırmızı rəngli avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdığı deyilir.
Bu gün bir neçə nəfərin fakt üzrə şübhəli şəxs qismində saxlanıldığı xəbəri yayılıb. Dəstəyə başçılıq edən şəxsin keçmiş polis əməkdaşı olduğu bildirilir. “Malış” ləqəbli keçmiş polis əməliyyatçısı bir neçə il əvvəl işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.(Report)

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930