Xəzərdə neftçi itkin düşüb

10.08.2020 - 16:31

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda – saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilib.

“Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkcəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb. İşçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. Onun itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, – deyə “Azneft” İB-nin məlumatında qeyd edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=152014

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31