Bərdədə kütləvi dava 1 ÖLÜ, 3 YARALI
Bərdədə kütləvi dava baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.
İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralı şəxslərin vəziyyətləri ağırdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=152084