Rusiya KİV-ləri: Eldar Həsənovu Belqradda, səfirlikdə həbs ediblər

13.08.2020 - 19:24

Azərbaycanın Serbiya, Bosniya və Hersoqovina, Montenegrodak səfiri, keçmiş baş prokuror Eldar Həsənov Belqradda, səfirliyin ərazisində həbs olunub. Virtualaz.org xəbər verir ki, bu haqda TASS diplomatik mənbəyə istinadən bildirir.

“İnformasiya təsdiqlənib. Həbsin səbəbi pul məsələsidir”,-mənbə deyib. Azərbaycanın Belqraddakı səfirliyindən telefon zənglərinə cavab verən olmayıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəsmi məlumat yayıb.

Məlumatda deyilir:

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=152208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728