Samuxda mikroavtobus aşdı

16.08.2020 - 12:42

Samux rayonunun Füzuli kəndi ərazisində günabaxan plantasiyalarında işləyənləri daşıyan mikroavtobus aşıb.

“Report”un məlumatına görə, Bəhram Məmmədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman əvvəlcə önünə çıxan uzunqulağa qoşulmuş qoşquya çırpılıb, daha sonra isə idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb. Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Onlardan 2000-ci il təvəllüdlü Rəşad Vidadi Oğlu Orucovun və daha bir nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti normal və qənaətbəxşdir, bəziləri müayinə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=152378

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728