Bakıda dəhşətli hadisə: Qadın 11-ci mərtəbədən düşdü
Bakının Yasamal rayonunda ölümlə nəticələnən hadisə baş verib.
APA TV verir ki, rayonun Abdulvahab Salamzadə küçəsində 1979-cu il təvəllüdlü Məmmədova Elnarə Fərman qızı yaşayış binasının 11-ci mərtəbəsindən yıxılıb.
O, hadisə yerində ölüb.
Qadın mağazanın çardağına dəyərək, yerə düşüb.


Short URL: http://www.cumhuriyyet.net/?p=152384