Bakıda karantin rejimini pozan 5 obyekt askarlandı

20.08.2020 - 11:06

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi, 12-ci, 13-cü və 14-cü Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Ramana qəsəbəsindəki 3 kafedə 19 nəfər, Sabunçu qəsəbəsi şəhər şosesində yerləşən digər kafedə 7 nəfər, Bakıxanov qəsəbəsində 1 restoranda 11 nəfər nəfər müəyyən olunub.

Restoran və kafelərdə sanitar-epidemioloji normalarını pozan 37 nəfər müvafiq polis bölmələrinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=152627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728