Yeniyetmə qız 30 kişi tərəfindən zorlandı – FOTO

21.08.2020 - 12:26

16 yaşlı qız 30 kişi tərəfindən amansız şəkildə təcavüzə məruz qalıb.

“The Times of Israel”in məlumatına görə, dəhşətli hadisə İsraildə baş verib.

Bildirilib ki, yeniyetmə Eylat şəhərində hoteldə rəfiqəsi və tanışları ilə birlikdə istirahət edib. Həmin günü dostları ilə spirtli içki qəbul edən qıza hamam otağı lazım olub. O, otaqlardan birinə aparılıb, orada isə tanımadığı kişilər onu içiriblər.

Hüquq-mühafizə orqanları artıq bir neçə şübhəlini saxlayıblar. Onlardan birinin sözlərinə görə, təcavüzçülər 30 nəfər olub.

Nəşr yazır ki, hoteldə quraşdırılan müşahidə kameralarında həmin otağa olan növbə görünür.

Şübhəlilər qızın etiraz etmədiyini iddia ediblər, ancaq yeniyetmə kişilərə müqavimət göstərə bilmədiyini deyib.

Cinayət İsraildə qəzəb dalğası yaradıb. Hökumət başçısı Binyamin Netanyahu da məsələyə münasibət bildirib. O, bunun qıza qarşı deyil, ümumiyyətlə, insanlığa qarşı cinayət olduğunu deyərək, kişiləri cəzalandırmağa çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=152694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728