Salyanda ər keçmiş həyat yoldaşını qətlə yetirdi

22.08.2020 - 15:52

Bu gün günorta saatlarında Salyan rayonunda qətl hadisəsi törədilib.

Virtualaz.org saytının məlumatına görə, 38 yaşlı Salyan şəhər sakini Namid Əliyev keçmiş həyat yoldaşı, Salyan Rayonlararası Vərəm Xəstəxanasında tibb bacısı işləyən 39 yaşlı Bəsti Səfərovanın iş yerinə gələrək, onu bıçaqlayaraq qətlə yetirib. N.Əliyev qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşdığı üçün hazırda polis tərəfindən onun axtarışı aparılır.

Hadisənin qısqanclıq zəmnində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=152775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728