Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan xala oğlanları tutuldular

25.08.2020 - 19:11

Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər yaxalanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı ilə məşğul olan Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb.

Qeyd olunur ki, E.Zərbəliyevə narkotik vasitəni satan, əvvəllər məhkum olunan Lənkəran şəhər sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb. Onun üzərindən şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə Tural Abdullayevə narkotik vasitəni satan onun xalası oğlu, əvvəllər məhkum olunan Aqşin Cəbrayılzadə də tutulub. Polis əməkdaşları tərəfindən Aqşin Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı iki kiloqram 511 qram heroin, iki kiloqram 940 qram həşiş, bir kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və üç kiloqram 505 qram marixuana aşkarlanaraq götürülüb.

Ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həbs qətimkan tədbiri seçilib.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=152986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728