Oğurladığı avtomobili evakuatorla geri göndərdi

31.08.2020 - 11:47

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus “VAZ 2106” markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra o, sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq kənd sakini Əziz Şıxıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Araşdırma zamanı Ə.Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilməmiş və həmin zaman oradan keçən evakuator avtomaşını ilə onu Qalacıq kəndi ərazisinə gətirib, daha sonra qaçaraq oradan uzaqlaşıb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=153260

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930