Lukaşenkonun “bərk qoz” olması – kimsə inandımı?

05.09.2020 - 12:24

Ötən gecə Belarus telekanalı ONT Aleksey Navalnının zəhərlənməsinin “planlı şəkildə uydurulduğuna” dair Varşava ilə Berlin arasında söhbətin səsyazısını yayması barədə xəbər vermişdik. Bundan bir gün əvvəl Belarusda səfərdə olan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə Aleksandr Lukaşenko iddia etmişdi ki, Almaniya kansleri Angela Merkelin Navalnının “Noviçok”la zəhərlənməsinə dair bəyanatı quramadır. “Bunu ona görə ediblər ki, Putini Belarus məsələsinə qarışmaqdan çəkindirsinlər. Biz səs yazısını Moskvaya göndərəcəyik ki, bunun kimə lazım olduğunu aydınlaşdırsınlar” deyə, Belarus lideri qeyd edib. Lukaşenko iddia edib ki, bu səsyazısını Belarus kəşfiyyatı ələ keçirib və Navalnın zəhərlənməsinin yalan olduğunun sübutudur.

Beləliklə, Varşava və Berlində olan abonentlər arasındakı danışığın deşifrəsindən belə çıxır ki, söhbət “Navalnı ilə bağlı materialların hazırlanmasından” gedir.

Berlindən olan abonent deyir: “Onlar hazırdır və Kansler administrasiyasına veriləcək. Onun bəyanatını gözləyirik”. Varşavadan siyasətçiinin zəhərlənməsinin dəqiq təsdiqlənib-təsdiqlənmədiyi barədə suala Berlindən belə cavab verirlər:

images.jpg (4 KB)

“Qulaq as, Mayk, indiki halda bu o qədər də əhəmiyyətli deyil… Müharibədə bütün vasitələr məqbuldur”.

Varşavadan olan abonent deyir: “Razıyam. Putini Belarusdakı işlərə burnunu soxmaqdan çəkindirmək lazımdır… Ən təsirli yol onu Rusiyanın öz problemlərində boğmaqdır”.

Polşa paytaxtından olan abonent Belarusdakı işlərinin yaxşı getmədiyini də etiraf edir: “Prezident Lukaşenko “bərk qoz” çıxdı. Rusiyanın onlara dəstək verdiyi aydındır. Məmurlar və hərbçilər də Prezidentə sadiqdirlər”. Televiziya kanalının təqdim etdiyi söhbət abonentlər tərəfindən ingilis dilində aparılır. “Arım var, arım var” deyib, ortaya çıxarılan bumu?

Rusiyanın səs yazısı ilə bağlı reaksiyası yəqin ki, özünü çox gözlətməyəcək və rəsmilərin nə deyəcəklərini təxmin etmək də olar. Bu, obıvatel üçün “yem” olacaq səsyazısı suallara cavab yox, əslində yeni suallardır. Ukraynada Maydan hadisələri zamanı da Rusiya tez-tez beynəlxalq təşkilat nümayəndələri, siyasətçilər arasında bu cür səsyazıları yayıldığını yada salın.
Amma əsas olan çoxdan öz mahiyyətini itirmiş “tərəqqipərvər bəşəriyyətin” bu səs yazısına hansı reaksiyanı verəcəyidir. Məlumdur ki, artıq Almaniya və Avropa Birliyi və NATO Rusiyaya qarşı növbəti sərt sanksiyaları gündəmə gətiriblər. ABŞ prezidenti Donald Tramp hələ ki, gözləmə mövqeyi tutub. Amma şübhə yoxdur ki, noyabrda keçiriləcək prezident seçkiləri marafonuna qoşulmuş Trampın Rusiyaya qarşı məsələdə “müstəqəllik” göstərmək kimi bir lüksu yoxdur. Reytinqi kifayət qədər zəifləmiş Ağ Ev sahibinin seçki ərəfəsi Rusiyaya hər hansı bir müsbət jesti “Putinin adamı” olması barədə 4 ildir gündəmdən düşməyən iddiaları yenidən alovlandıra bilər ki, bunun pis nəticələrini hamıdan yaxşı prezident Tramp yaxşı bilir.
Belarus liderinin seçkidən sonra yaranmış ölkədaxili vəziyyətdə onu az qala “kəndirdən” almış Rusiya prezidenti Putinin borcundan belə tez çıxacağını isə yəqin ki, Moskvada da gözləmirdilər. Amma bu səsyazısı hətta kəşfiyyat işindən uzaq adamlarda belə suallar doğuracağına şübhə yoxdur.

444026.jpg (22 KB)

Əvvəla, həm Berlinin, həm də Varşavanın Belarusdakı seçkidən sonra nəticələrə etiraz edən müxalifətin yanında yer almalarına diqqət çəkək. Səs yazısında “məxfi danışıqların” mərkəzi olan hər iki paytaxt Lukaşenkonun seçkini saxtalaşdırdığını deyir və müxalifətlə dialoqun tərəfdarı kimi çıxış edir.

Seçkidən dərhal sonra başlamış etiraz aksiyalarından çaş-baş qalmış Lukaşenko “Almaniya kansleri mənə zəng etmişdi” demiş, amma sonradan bunun heç də belə olmadığı üzə çıxanda “Merkel mənə zəng edir, onunla danışmaqdan imtina edirəm” kimi bəyanatlar verdiyini də unutmayaq. Polşanın isə tarixi qonşusu Belarusdakı seçkilərdə xüsusui fəallığı isə Lukaşenkonu hiddətləndirməkdə davam edir. Belə bir qarşıdurma şəraitində isə Lukaşenko kəşfiyyatının telefon danışığının deşifrə etməsi prinsipial olaraq heç nəyi dəyişməyəcək.

Səs yazısında diqqətçəkən məqamlardan biri isə Lukaşenkonun özü barədə deyilənlərdir. “Belarusda işlər yaxşı getmir, Lukaşenko “bərk qoz” çıxdı, məmurlar və hərbçilər ona sadiqdirlər” kimi ifadələr sanki Belarus rəhbərinin eşitmək istədiyi sözlərə, üstəlik, dünyaya verilmiş mesaja bənzəyir.

1017952.f6edd04d0a44d28a62059d1baab96b06-480x350.jpg (29 KB)

Lukaşenkonun Moskvaya pay göndərdiyi səs yazısında Putinin adının da Belarus hadisələrinə görə hallandırılması qəribə görünmür. Amma qəribəsi budur ki, Navalnın zəhərlənməsi olayı bütünlüklə Belarusdakı prezident seçkilərinə yönəldilir. Belə nəticəyə gəlinir ki, sanki bu zəhərlənmə ona görə düşünülüb ki, Belarusdakı hadisələrə Putin müdaxilə edib, sanki bütün dünya bu oyuna o səbəbdən qoşulub ki, “bərk qoz” Lukaşenkonu “sındırsınlar”…

Lukaşenkonun “bərk qoz” olması barədə deyilənlər də səs yazısına şübhələri artırır. Hətta düşünmək olar ki, Lukaşenko gözlənilmədən iki dəfə avtomat “Kalaşnikov”la silahlanması da bu “bərk qoz” deyiminə legimtiləşdirmək məqsədi ilə əvvəlcədən düşünülüb. Səs yazısında bu kimi “boşluqları” jurnalist görə bilirsə, Qərb kəşfiyyatı strukturları daha nələr üzə çıxarar, siz düşünün.

41021f88101d61ef097430a7ef2fe205.jpg (108 KB)

Yeri gəlmişkən, Rusiya Skripalların zəhərlənməsi olayında da deyirdi ki, Britaniya kəşfiyyatının əlində heç bir sübut yoxdur. Sonra sübutlar ortaya qoyuldu: iki turist adı ilə ölkəyə soxulmuş QRU agentləri sənəd-sübutla ifşa olundu. Məlum oldu ki, Aleksandr Petrov və Ruslan Boşirov adı ilə ölkəyə turist kimi gələnlər nədənsə, Skripalların qapısına gəliblər, ora isə nə muzey, nə kilsə imiş… Daha sonrakı araşdırmada Ruslan Boşirovun əslində Baş Kəşfiyyat İdarəsinin polkovniki Anatoli Çepiqa olduğu sənədlərlə təsdiq olundu. İndi harada olduqlarını isə bilən yoxdur…

Nəhayət, “Lukaşenko “bərk qoz”dur” deyənə inanan varmı? Putin heç inanmaz…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153657

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930