Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi

19.09.2020 - 10:11

Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıt şəhərlərində, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini dayandırır.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması 2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154528

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031