Dünyada pandemiyanın ikinci dalğası gedir, dövlətlər karantin rejiminə qayıdır…

26.09.2020 - 10:27

Azərbaycan bu məqamda necə davranmalıdır? Həkim Zülfüqar Yusifov: “Bir müddət bu virusla dostluq etməli olacağıq” 

Məlum olduğu kimi, sentyabr ayının əvvəlində karantin rejimi növbəti dəfə yumşaldıldı və ayın 8-dən etibarən sərnişindaşıma istisna olunmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə gediş-gəlişə icazə verildi.

Uzun müddət idi ki, həm tibb mütəxəssislər, həm mətbuat rayonlara gediş-gəlişə icazə verilməsini və Bakının yükünün azaldılmasını israrla təklif edirdilər. ortada iki ssenari var idi. Birincisi, Bakı, Sumqayıt və Abşerondan virus bölgələrə yayılacaqdı, ikincisi, bu iri şəhərlərdə əhalinin sıxlığı azaldığından yoluxma hallarının sayında azalmaya nail olunacaqdı. Əsas fikir o idi ki, Bakının yükünün azaldılması yoluxma sayının azalmasına səbəb olacaq.

Artıq icazənin verilməsindən 2 həftədən artıq vaxt keçir. Demək olar ki, bu virusun inkubasiya dövrünün bitməsi və insan orqanizmində özünü göstərməsi deməkdir. Əgər bədbin ssenari baş tutsaydı, indi bölgələrdən neqativ xəbərlər gəlməli idi. Ölkə üzrə yoluxma hallarının sayı isə son günlərdə elə kəskin dəyişməyib. Sentyabrın 24-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  Sentyabrın 23-də isə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu yoluxma dinamikasında məktəblərdə dərslərin başlamasının da rolu vurğulanır.

Diqqətə almalı olduğumuz digər bir məsələ isə dünyada karantin rejimini yumşaldan  bir çox ölkələrdə yoluxma sayının kəskin artması və yenidən sərtləşdirilməyə gedilməsidir. Braziliya, Gürcüstan, qonşu Rusiya və Türkiyədə bu cür çağırışlar var. Avropa Birliyi ölkələri karantin rejimini sərtləşdirməyə çağırıb. Belə olan halda Azərbaycan son aylar COVİD-lə mübarizədə əldə  etdiyi uğurları qoruyub saxlamaq üçün nə etməlidir?

Medicina.az - Xərçəng xəstələrində ağrıları azaldan yeni metodlar BAKIDA–  Alqoloq Zülfüqar Yusifov

Zülfüqar Yusifov

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən tanınmış həkim Zülfüqar Yusifov bildirdi ki, bu məsələdə istənilən ssenarinin müəyyən faydaları da , qüsurları da var: “Mənim hazırki düşüncəm isə odur ki, bütün məhdudiyyətlər götürülməlidir, o cümlədən davranış qaydalarına insanların özünün ciddi əməl etməli və onlara dövlət tərəfindən müxtəlif tədbirlərlə nəzarət olunmalıdır. Çünki artıq 6 aylıq təcrübə onu göstərdi ki, ümumən dünyada koronavirus fonunda  baş verən hadisələrdən sonra bir müddət biz bu virusla dostluq etməli olacağıq. Bu birgəyaşayışda isə karantin qaydalarını, prinsiplərini doğru şəkildə həyata keçirmək lazımdır. O baxımdan hesab edirəm ki, məhdudiyyətlərin hamısının götürülməsi lazımdır, sadəcə, qaydaların ciddi şəkildə tətbiq olunması və buna vətəndaşlar tərəfindən düzgün əməl olunmasına sərt nəzarət tədbirlərinin həyata keçirilməsinə ehtiyac var.

Rayonlara yolların açılması elə ciddi bir problem yaratmadı, çünki rəqəmlərdə ciddi bir dəyişiklik görmürük. Məktəblərlə bağlı bir qədər narahatlıq var. Ümumən son günlər həyəcanın artdığının şahidi oluruq. İnsanların daha çox maariflənməsi və qaydalara nəzarət olunması vacibdir. Uzun müddətdir ki, yas mərasimləri və toy şənlikləri həyata keçirilmir. Müəyyən məhdudiyyətlər davam edir, fikrimcə, həyatın bütün sahələrinin tam bərpa olunması lazımdır. Virusa barıdə kifayət qədər məlumatlarımız var, qorunma ilə bağlı insanlarda bilgilər var, müalicə və profilaktika tədbirlərindən məlumatlıdırlar. Səhiyyə sisteminin xəstələri müalicə üçün kifayət qədər resursu və təcrübəsi var. Bu fonda artıq insanların həyatını stressdən qurtarmağın vaxtı çatıb. İndiyə qədər olanlar doğru idi, edilməli idi. Ancaq bu gün zamanın tələbi artıq, karantini yumşaltmaqdır.

Dünyanın bir çox ölkələrində pandemiyanın ikinci dalğasının başlaması və karantin rejiminin yenidən bərpa edilməsinə gəlincə, Z. Yusifov vurğuladı ki, bunun əsas səbəbi insanların arxayınlaşması və qaydalara əməl etməməsidir: “O baxımdan mən dəfələrlə vurğulayıram ki, bu virus uzun müddət həyatımızda  olacaq, ona uyğun davranmalıyıq. İlk növbədə xarici ölkələrə gediş-gəliş nəzarətə alınmalıdır. Xaricdən gələnlər müəyyən müddət karantində saxlanıla bilər. Ancaq daxildə karantinə , məhdudiyyətlərə ehtiyac yoxdur. Bugünki rəqəmlər bizdə ümumi əhali sayına nisbətdə elə də, ciddi sayılmır. Digər xəstəliklərlə bağlı statistikaları araşdırsaq, təhlil etsək görərik ki, kifayət qədər yaxşı rəqəmlərdəyik. Sadəcə, insanların bu məsələ ilə bağlı anlayışında, davranışında dəyişikliyə nail olsaq, bu yaxşı nəticə verəcək. Buna nail olmasaq, istənilən vəziyyətdə yoluxma hallarının artmasına gedə bilərik. Həyatı məhdudlaşdırmadan, pandemiya tələbləri  sərtləşdirilməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154903

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930