“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbasdan vətən xainlərinə sərt sözlər

23.10.2020 - 10:36

“Səni çöllərə salanları necə müdafiə edə bilərsən?”

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər kəsi şoka salır. Sentyabrın 27-dən etibarən ermənilərin Qarabağ cəbhəsindəki təxribatına cavab olaraq Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi azad etmək üçün apardığı müharibədən bu günə qədər keçən müddət ərzində xalqımız, dövlətçiliyimiz əleyhinə çıxış edən Q.İbrahimov hər kəsin səbir kasasını doldurub.

Bu fəal milli kimliyini, harada yaşadığını sanki unudub, ermənilərin “dəyirmanına su tökməklə” məşğuldur. Əslində onun bu mövqeyi ilk dəfə deyil üzə çıxıb. Vətən müharibəsinin səhəri gün yazdığı statuslara görə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, lakin humanist mövqe sərgilənərək azad edilmişdi. Görünən budur ki, ictimai fəal “ağıllanmayıb”, hələ “birinin üstünə beşini gətirmək”lə məşğuldur.

21.jpg (114 KB)

Hayk Tigranyanın rəyinə cavab olaraq yazır ki, ətraf zonadan çəkilib Qarabağda müdafiə olunsanız, Azərbaycan rəhbərinin əl-qolu bağlanacaq, müharibə dayanacaq, ondan sonra danışıqlar başlanılacaq.

Görünən budur ki, bu insan ordumuzun cəbhədəki uğurlarını, bir-birinin ardınca ərazilərimizin mənfur düşməndən təmizlənməsini həzm edə bilmir. Bunun isə bir adı var, vətən xaini…

22.jpg (137 KB)

Təəssüflər olsun ki, demokratiya pərdəsi altında Q.İbrahimovu müdafiə edən barmaqla sayılacaq  şəxslər də peyda olub. Onların gətirdikləri arqumentlər isə bundan ibarətdir ki, bir insanı düşüncələrinə görə mühakimə etmək olmaz…

O zaman bir sual meydana çıxır. Başqa dövlətə məxsus olan əraziləri işğal edən, Xocalı və digər tarixdə unudulmayan faciələr törədən bir dövləti, xalqı necə müdafiə etmək olar? Sən ermənisən?

Deputat Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında dedi: “O tək deyil. Elə adamlar var ki, onların bəzilərinin zatı qırıqdır. Bəziləri də var ki, axına qarşı getmək istəyən və xarici qüvvələrin qrantları ilə nəsə qazanmağa çalışan, yaxud xaricə gedib bunlar üçün şərait yaradılmasına nail olmaq üçün ermənilərə, onların xaricdəki havadarlarına qulluq edirlər. Ad çəkmək istəmirəm. Türkiyədə yaşayır. İlahi, elə şeylər paylaşır ki, insan şok olur. Mənim Ağdamdakı evim yananda yanmamışam, amma indi bu cür  xainləri görəndə ikiqat yanıram. Cinayət Məcəlləsində belə şəxsləri məsuliyyətə cəlb etmək kimi maddələr yoxdur. Biz demokratik ölkə olduğumuz üçün bu belədir. Belə insanlar da bundan istifadə edirlər. ”Sülh quşlarıdır” də, özü də bütün mənalarda “quşdurlar”… Belələrinə təhqirlərə görə uzaqbaşı  çağırıb xəbərdarlıq edirlər. Mənə elə gəlir ki, vətənimizin bu günündə, müharibə şəraitində Azərbaycan xalqının əleyhinə deyilən hər bir sözə görə məsuliyyət daşımalıdırlar. Təcili surətdə Milli Məclisə bir maddə göndərilməlidir. Qoyun bizi qeyri-demokratik adlandırsınlar. Onsuz da Avropada bizə hər cür ləkə atırlar.  Amma belə adamların qarşısını mütləq almaq lazımdır. Şikayət edib elələrinin profilini bloklamaqla heç nə olmur. Çünki ayrı bir profil açıb, oradan yazacaq. Yəni profil açmaq çətin məsələ deyil. Onlar məsuliyyət hissini itirmiş adamlardır. Belələrini ancaq məsuliyyətə cəlb etmək lazımdır. Bir şey deyim. O uşaq, yəni Qiyas tutulanda ürəyim çox ağrıdı. Hətta düşündüm ki, yüngül cəza verib buraxsınlar. Çünki tələbə idilər, anaları var idi. Bir qələt idi, etmişdilər. Amma indi görünür ki, layiqli cəzalarını almışdılar. Sadəcə, sonradan humanistliklə azad edildilər. Şərhdə qələt edib nə yazırsa. Yüz dənə Qiyas kimilər nə yazsalar da bu belədir. Çünki o zəncirləri xalqımız qırıb atıb. Xəlil Rza Ulutürk deyirdi:

“Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram”.

İndi Azərbaycan xalqının qolundakı zəncirləri Prezident qırıb. Qələbələri, fəaliyyəti ilə bunları edib. Qarabağın azad olunmasına isə çox az qalıb. Bu gün ona görə qıcıqlanırlar ki,  hazırda on milyon adam Prezidentin yanındadır, bu qədər adam Prezident deyir, on milyon adam Ali Baş Komandana dualar edir. Namaz qılanda onun adına namaz qılırlar. Dünyanın hər yerində azərbaycanlılar Prezidentə dəstək nümayiş etdirirlər. Cənubi Azərbaycan tərəfdən əsgərlərimizi görüb sevincdən ağlayırlar. Bunu belə status yazanlar, mövqe sərgiləyənlər qəbul edə bilmirlər. Qoy cırnasınlar, sonda cırılan özləri olacaq. Əllərindən başqa heç nə gələ bilməz. Belə adamlara çox təəssüf edirəm. Tanıdığım istedadlı adamlar var. Ən pis ömür sürmüsən, məcburi köçkün olmusan. Səni çöllərə salanları necə müdafiə edə bilərsən? Bu insana çatmır. Ailəni, nəslini, evini yandıranları unutmusan?”

Deputat sülhdən də danışdı: “Sülh olacaq, bəli. Amma erməni silahlı qüvvələrini işğal altındakı torpaqlarımızdan tam çıxaracaqlar, ondan sonra olacaq. Ağızlarını cıra-cıra bunu edəcəyik. Bunu qalib tərəf olaraq edəcəyik. Prezident də dedi ki, onlar yeddi, mən bir şərt qoydum. Bu şərtimiz yerinə yetiriləcək. Alman, rus qırıldı, amma bu gün bir yerdə işləyirlər. Yazıçılar adətən belə danışmırlar. Bir az humanist olurlar, amma bir onu bilirəm ki, heç vaxt heç bir azərbaycanlı erməni ilə işbirliyində olmayacaq. Qiyas kimiləri müdafiə edən barmaqla sayılacaq insanlar da tapıldı, onlara heç bir sözüm yoxdur. Əgər bir adam xalqımızın, dövlətimizin əleyhinə çıxış edirsə, onu müdafiə edənlər də həmin adamın tayıdır. Demokratiya yaxşı şeydir, amma müharibədən, qazanacağımız qələbədən sonra…”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156485

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30