Məşhur aktyorun atası koronavirusdan öldü – FOTO
“Kaybolan yıllar” serialındakı Esmer obrazı ilə məşhurlaşan aktyor Saruhan Hünele ağır itki üz verib.
Musavat.com xəbər verir ki, bu barədə sənətçinin müğənni bacısı Aslı Hünel “İnstagram” səhifəsində yazıb. O bildirib ki, ataları Mehmet Hünel vəfat edib və onun ölüm səbəbi koronavirus olub.
Qeyd edək ki, F.Hünelin 6 gün öncə Covid-19-a yoluxduğu bildirilmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=156678