“Deyirlər, Ağdam alındı, nə vaxt ailə quracaqsan?” – Müğənni Günel
“Hər kəs məndən soruşur ki, siz Ağdam alındıqdan sonra ailə quracağınızı demisiniz. Bu, qismətdir və inşallah qarşıma həyatımı birləşdirəcək insan çıxsa, evlənəcəm”.
Musavat.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni Günel Zeynalova şəxsi “İnstagram” hesabında izləyəcilərinin suallarını cavablayarkən deyib. O, ailə qurmamasının səbəbini soruşan izləyicisinə isə əsəbiləşib:
“Fikirləşirəm ki, evlənmək xətrinə evlənmək olmaz. Məncə, insan sevib, ailə qurmalıdır. İnşallah, qismət nə zaman olacaqsa, onda da ailə quracağam. Mənim subay olmağım sizi niyə narahat edir?! Məndən nə istəyirsiniz? Ürəyim nə vaxt istəsə, o vaxt da evlənəcəyəm”.
Günel Türkiyədə yaşasa da, vətəndaşlıq almadığını bildirib:
“Təəssüf ki, Türkiyə vətəndaşı deyiləm, inşallah olaram. 23 ildir ki, burada yaşayıram və dostlarım da buna təəccüblənirlər. Amma bu il vətəndaşlıq alacağam”.
Müğənni Qarabağdan ev almaq arzusundan da bəhs edib:
“Ağdam və Şuşada evimin olmasını istəyirəm. Oraya istirahət etməyə gedəcəyəm. Amma bir dəfəlik Bakıya köçməyi düşünmürəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=158012