Təkəbbürlü və ötkəm zavod direktoru – Seyranyan hələ 60-cı illərdə DQMV-i Ermənistana vermək istəyib

28.12.2020 - 15:14

O, Dağlıq Qarabağ separatçılarının ilk rəhbəri olub, Xankəndi şəhərində gizli fəaliyyət göstərən erməni təşkilatana rəhbərlik edib. Hələ 1965-ci ildə anonim şəkildə deyil, 13 nəfərlə birlikdə açıq imza ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tabeliyinə verilməsi ilə bağlı Moskvaya, Mərkəzi Komitəyə bir neçə dəfə məktub ünvanlayıb. Dağlıq Qarabağda ən qatı millətçi kimi tanınan Albert Seyranyan Xankəndi şəhərində ən toxunulmaz şəxslərdən biri sayılıb.

1930-cu ildə Xankəndidə anadan olan Albert Seyranyan 27 il Xankəndi elektrotexnika zavodunun direktoru vəzifəsində işləyib. 1960-cı ildə filial kimi açılan zavodun məhz Xankəndi şəhərində fəaliyyət göstərməsi üçün Seyranyan aylarla Bakı və Moskvaya üz tutmalı olub. Uzun müzakirələrdən sonra, nəhayət, o, müəssisənin Daqlıq Qarabağda açılmasına nail olub. Həmin ərəfədə Seyranyan Qarabağ ipək kombinatında baş energetik vəzifəsində çalışıb.

Albert Seyranyan bir neçə il ərzində zavodun fəaliyyətini genişləndirərək böyük bir müəssisəyə çevirməyə nail olub. İşıq texnikası, müxtəlif təyinatlı lampalar istehsal edən zavodun gəliri vilayətin iqtisadi göstəricilərinə müsbət təsir göstərib, ümumiyyətlə isə elektrotexnika zavodu vilayətdə ümumi istehsal həcmimi 9.8 faizini təşkil edib.

загружено (1).jpg (35 KB)

 Albert Seyranyan

“Uzaqgörən” Seyranyanın planları təkcə zavodun istehsal gücünü artırmaqla yekunlaşmayıb. O, yaxın dostu, Ümumittifaq Elektromexanika İnstitutunun direktoru, akademik İosifyanla yeni bir layihəyə imza atmağa cəhd edib. Belə ki, akademik zavod direktoruna rəhbərlik etdiyi zavodda kosmik aparatlar üçün mikroelektrik mühəriklərin istehsalına başlamasını “məsləhət” görüb. İosifyan bu istehsala nail olduqları halda zavodun birbaşa Moskvanın tabeliyinə keçəcəyini bildirib.
Təbii ki, Azərbaycanda fəaliyyət göstərən zavodun profilinin dəyişdirilməsi məsələsi o qədər də asan iş olmayıb. İlk növbədə buna Bakının razılığı lazım olub. Bu razılığı almaq üçün Seyranyan Moskvadakı bütün kanallarını işə salıb. Azərbaycan rəhbərliyi isə birmənalı şəkildə Seyranyanın cəhdlərini rədd edib.

Seyranyanın zavodla bağlı daha bir planı müəssisənin gələcəkdə hərbi sursat istehsalı ilə bağlı olub. Bu məqsədlə o, zavodun ərazisində heç bir fəaliyyət göstərməyən iki sex də yaradıb. Sənədləşmələrdə bu sexlərin gələcək fəaliyyəti işıq texnikasının istehsalı ilə bağlı göstərilsə də, sexlərdə sonralar Qarabağ savaşı başlananda hərbi təyinatlı məhsulların istehsalına başlanılıb.

загружено.jpg (46 KB)

Hədsiz dərəcədə iddialı və təkəbbürlü olan Albert Seyranyan vilayətdə heç kimlə hesablaşmayıb. Hətta Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov, Xankəndi şəhərinin birinci katibi Zaven Movsesyan, vilayətin ən ötkəm şəxslərindən biri sayılan Daxili İşlər İdarəsinin rəisi Armen İsaqulov, vilayət prokuporu Samvelov Seyranyana söz demək gücündə olmayıb. Arabir Dağlıq Qarabağ Muxtar Vilayətinin ikinci katibi, Kremlin nümayəndisi Boqoslovskinin kabinetində görünən Seyranyan əsas işlərini Moskva ilə görüb.

Zavod direktoru olduğu illərdə Ermənistanla sıx əlaqələr quran Seyranyan Xankəndi şəhərində irəvanlı qonaqları ilə iş birliyini heç kimdən gizlətməyib. Bir çox hallarda Ermənistanın vəzifəli şəxsləri Dağlıq Qarabağa gələndə ilk olaraq Albert Seyranyanla görüşüblər. Sözsüz ki, bunun kökündə onun azərbaycanlılara qarşı daha açıq nifrət və aqressiyası dayanıb. Sovet rejimimnin asıb-kəsdiyi vaxtlarda belə Seyranyan öz qatı millətçiliyini gizlətməyib.

Stepanakert-road-P1003102.jpg (151 KB)

Seyranyan kollektivdə də azərbaycanlılara qarşı xoşagəlməz münasibət sərgiləyib. Min nəfərə yaxın işçisi olan Xankəndi eletrotexnika zavodunda ayrı-seçkilik açıq-aşkar hiss olunub. Elə bu sətirlərin müəllifi də səkkiz ay zavodda işlədiyi müddətdə bu münasibətin canlı şahidi olub. Zavodun vəsaiti ilə tikilən iki beşmərtəbəli yaşayış binasından bir nəfər də olsun azərbaycanlı mənzil ala bilməyib. Avtomobil, mebel, məişət texnikalarının bölgüsü zamanı azərbaycanlıların adı siyahıdan çıxarılıb.

1986-cı ildən başlayaraq zavodun inzibati binası sözün əsl mənasında erməni qərargahını xatırladıb. Ermənistandan, o cümlədən xarici ölkələrdən Daqlıq Qarabağa gələn ermənilər məhz zavod direktorunun kabinetində görüşlər keçiriblər. Seyranyanın ərtafı həmişə “qaranlıq” adamlarla zəngin olub. Eyni binada, eyni blokda yaşadığımızdan Seyranyanın mənzilinə təşrif buyuran saysız-hesabsız “qonaq”ların da şahidi olmuşam.

Azərbaycanın hesabına zənginləşən Albert Seyranyan Dağlıq Qarabağda separatçı erməni hərəkatını maliyyələşdirən şəxslərdən biri olub. Həmçinin o, Dağlıq Qarabağa qanunsuz silah keçirilməsinin təşkilatçılarından biriydi.

загружено (2).jpg (41 KB)

  Arkadi Manuçarov

Albert Seyranyan uzun illər öz fəaliyyətinin əsas hissəsini gizli şəkildə, bəzən isə açıq müstəvidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinə həsr edib və sözsüz ki, bununla bağlı daha böyük planları olub. Amma bu planları həyata keçirmək Seyranyana qismət olmayıb. O, 1987-ci ildə o, həyatla və “arzuları” vidalaşıb.

Həmin günlərin canlı şahidi kimi qeyd etmək istəyirəm ki, Seyranyanın dəfn mərasimi Xankəndi şəhərində dövlət səviyyəli matəm gününü xatırladırdı. Daha çox diqqəti cəlb edən isə Ermənistandan yüzlərlə tanınmış erməninin Xankəndinə gəlməsi idi.

Albert Seyranyanın 57 yaşında ölümü Qarabağ ermənilərini məyus etsə də ruhdan salmayıb. Xankəndi şəhərində digər bir müəssisənin rəhbəri, tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov “estafeti” ələ alaraq növbəti cinayət əməlləri ilə erməniləri azərbaycanlılara qarşı qisasa səsləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158968

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930