Azərbaycanda ətin qiymətinin 15 manata qaldırılması ilə bağlı AÇIQLAMA

07.01.2021 - 10:47

xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin qiyməti isə 80 qəpiyə qaldırıldı. Bu artımın ətin və kartofun qiymətinə təsir edəcəyi gözlənilir. Qeyd edək ki, bu gün səsləndirilən iddialardan biri ətin qiymətinin 14-15 manata qaldırılmasıdır.

Bununla bağlı sonxəbər.az-ın sualını cavablandıran deputat Azər Badamov bildirib ki, dizel yanacağının qiymətinin artması nəticəsində kənd təsərüfatı məhsullarının qiymətlərində kəskin artımların olmaması üçün fermerlərə verilən subsidiyalara yenidən baxılacaqdır:

“Yəni yanacağın qiyməti məhsulun istehsalında onun maya dəyərində nə qədər yer alırsa, o dövlət tərəfindən kompensasiya ediləcəkdir.

Amma bununla yanaşı tarladan süfrəyə qədər çatdırılmasında yanacağın qiymətindəki artrımıla bağlı cüzi qiymət fərqi yarana və bu da daşınma xərcləri ilə bağlı ola bilər.

Amma kəskin qiymət artımı olmamalıdır. Ətin və kartofun qiymətində kəskin artımların olacağı ilə bağlı deyilən söz- söhbətlər tamamailə əsassızdır. Süni qiymət artımlarına müvafiq qurum nəzarət edəcək, hardasa bir möhtəkirlik və sui istifadə edərək pul qazanmaq niyyətləri müşahidə olunarsa, o şəxslər cəzalandırılacaqdır”.

Deputat qeyd edib ki, kənd təsərrüfatı məhsulları elə istehlak mallarıdır ki, yanacağın qiymətinin artması onun maya dəyərinə bir başa təsir etmir:

“Əgər indi yanacağın qiyməti artıbsa, bu, 3-4 aydan sonra ərsəyə gələcək kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir göstərə bilər.

O istiqamətdə də dövlət ciddi addımlar atacaqdır ki, kəskin qiymət artımı baş verməsin. Ona görə də bu gündən başlayaraq, kənd təsərrüfatı məhsullarının qiymətlərinin artacağı ilə bağlı insanların narahat olmalarını əsasız hesab edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159394

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728