Ombudsman aparatı həbsxana aclıq aksiyası keçirən keçmiş Gömrük əməkdaşı ilə görüşdü

17.03.2021 - 15:14

Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, hazırda həbsdə olan Natiq İmanov cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Natiq İmanovun vəkili Elçin SadıqovunTia.az-a verdiyi məlumata görə,Natiq İmanovun aclıq aksiyası etməsinə səbəb onun barəsində açılmış cinayət işinin ədalətli şəkildə aparılmaması, Gömrük Komitəsi rəhbərliyinin qərəzli olması və onun haqqında əsassız ittihamlar irəli sürməsi, habelə sifarişlə həbs olunması və etmədiyi cinayətə görə cəzalandırılmasıdır.

Elçin Sadıqovun sözlərinə görə, Natiq İmanov altıncı gündür ki, aclıq elan edib. Dünəndən isə quru aclığa keçib. Hazırda vəziyyəti ürəkaçan deyil. İşinə düzgün baxılmasa, ölüm aclığına qədər gedəcəyini bildirib. “Ya öləcəm ya da işimə ədalətlə baxılacaq” tələbini irəli sürüb.

Məsələ ilə bağlı Tia.az Ombudsman aparatı ilə əlaqə saxlayıb. Aparatdan bizə bildirdilər ki, dünən Natiq İmanovla görüş keçirilib. Onun səhhəti və hazırkı durumu ilə maraqlanılıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş polkovnik-leytenant Natiq İmanov 5 il azadlıqdan məhrum edilib. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün rüşvət almaqda təqsirli bilinib.

Aytac Sahəd

 

Short URL: http://www.cumhuriyyet.net/?p=161781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728