Paşinyanın oğlu mühasirəyə düşdü, 40-dan çox düşmən məhv edildi – ŞOK DETALLAR

12.04.2021 - 16:29
Paşinyanın oğlu mühasirəyə düşdü, 40-dan çox düşmən məhv edildi - ŞOK DETALLAR

 

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotun müharibədə mühasirədən çıxarılması üçün 40-dan çox qurban verilib.

 Ermənistan mediası 44 günlük müharibənin yeni detallarını açıqlamağa davam edirlər.

Bu detallardan biri də Paşinyanın oğlu ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Aşotun döyüşlərdə iştirak etdiyi görüntülərin erməni ictimaiyyətinə təqdim edilməsi, “baş nazirin oğlu da döyüşür” təbliğatının aparılması qərarı verilib.

Bu təbliğat planı Paşinyanın arvadı Anna Akopyan tərəfindən hazırlanıb, icrası yüksək texnologiyalar naziri Akop Arşakyana tapşırılıb. Plana görə, Aşotun Cəbrayılda təhlükəsiz məsafədən döyüşlərə qatılması təşkil olunmalı, bunun kadrları çəkilməli imiş. İrəvandan xüsusi çəkiliş qrupu Cəbrayıla göndərilib, lakin Azərbaycan ordusunun Cəbrayılı azad etməsi planı alt-üst edir.

Daha sonra Aşotun “döyüş filminin” Zəngilan istiqamətində çəkilməsi qərarı verilir. Lakin ordumuzun sürətlə irəliləməsi Aşotun bir qrup hərbçi ilə mühasirəyə düşməsi ilə nəticələnir.

Onların mühasirədən çıxarılması üçün keçirilən əməliyyat zamanı 40-dan çox əsgər və zabit qurban verilir. Sonda Aşotu Gorusa apara bilirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=162233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728