Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb

29.04.2021 - 08:50

 

Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb

 

Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb.

Kürdəmir rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunan “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə etdiyi, daşıyaraq üzərində və yaşadığı evdə saxladığı, habelə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılıb və rayon polis şöbəsinə gətirilib.

Axtarış zamanı onun yaşadığı evdən külli miqdarda- 13.435 qram, üzərindən isə 1.299 qram, ümumilikdə 14.734 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Zabil Nuriyev ilkin dindirmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başladılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=162903

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728