Azərbaycanda “vəkil” həbs edildi – FOTO

05.05.2021 - 10:48

 

Azərbaycanda "vəkil" həbs edildi - FOTO

 

İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək, onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.

Daxil olan müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb.

Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.

“Elman Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur”, – Mətbuat xidmətindən bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163125

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31