Xəzərdə nəhəng TANKER QƏZASI: Bakıya gətirilən 4.5 min ton… – FOTO

19.05.2021 - 09:53
Xəzərdə nəhəng TANKER QƏZASI: Bakıya gətirilən 4.5 min ton... - FOTO

 

Mayın 6-da Həştərxan limanından Bakıya doğru yola çıxan Rusiyaya məxsus “Konstruktor Jivotovski” adlı tanker Xəzər dənizində qəzaya düşüb.

Bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, Mayın 12-də Xəzərin Azərbaycan sularında pis hava şəraiti səbəbindən neft buruğu ilə toqquşub. Toqquşma nəticəsində gəmi heyətindən heç kim xəsarət almayıb, amma tanker özü zədələnib və mayın 13-dən etibarən Bakı limanındadır. Təmir üçün mütəxəssislərin gəlişini gözləyir.

Tankerin 4.5 min ton qaz-kondensat qarışığı ilə yükləndiyi bildirilir, amma insident nəticəsində dənizə neft məhsullarının axması baş verməyib. Rusiyanın federal dəniz və çay nəqliyyatı Agentliyindən TASS-a bildiriblər ki, insident qatı duman nəticəsin də baş verib, tanker dumanda “yolunu azıb” və Azərbaycan milli neft şirkətinə aid köhnə platforma ilə toqquşub. Agentlik insidentin “praktiki olaraq yoluna qoyulduğunu” bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=163667

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31