Bakıda həbsxanaya gətirilən şirniyyatın içindən görün nə tapıldı – FOTO

27.05.2021 - 10:54

 

Bakıda həbsxanaya gətirilən şirniyyatın içindən görün nə tapıldı - FOTO

 

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Aslanov Elgün Əli oğluna qohumu Bakı şəhər sakini Süleymanov Cavad Süleyman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdəki 4 ədəd həbdə ümumi çəkisi 0,04 qram olan narkotik vasitə metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=163967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31