Lənkəranda faciəvi hadisə – ÖLƏN VAR

28.05.2021 - 21:20

 

Lənkəranda faciəvi hadisə - ÖLƏN VAR

 

Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

Hadisə Bakı-Astara magistral yolunun Lənkəran rayonunun Şirinsu kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Subaru Outback” markalı 99-MC-209 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında dayanmış vəziyyətdə olan “Mercedes” markalı 10-XP-654 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə “Subaru Outback” yoldan çıxraq aşıb və sürücü, 1964-cü il təvəllüdlü Surəddin Mirzağa oğlu Həmzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Həmzəyev Bakıda yaşasa da, Lənkəran rayonunun Ürgə kəndindəndir. O, yaxınlarını ziyarət etməyə gəlirmiş. “Mercedes”in sürücüsü isə hadisə zamanı avtomobildə olmayıb.(Report)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=164027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31