Gəncədə soyğunçuluq edən şəxslər saxlanıldı – FOTO

25.06.2021 - 10:18

 

Gəncədə soyğunçuluq edən şəxslər saxlanıldı - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisindəki çörək sexlərindən birinə naməlum şəxsin pəncərədən daxil olaraq işçilərin gözü qarşısında kassanı açması və oradan 210 manat pulu açıq şəkildə talayaraq soyğunçuluq etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Bayramov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.

Polis əməkdaşlarının M. Bayramovun ətrafında keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət hadisəsini də aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində yerləşən yaşayış olmayan mənzillərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 1200 manat dəyərində kondisioneri oğurlayıb.

RPİ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliiyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Samir Abbasov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə çəkisi 13 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=164510

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31