Azərbaycanda DƏHŞƏT: Nişanlı oğlan qəzada öldü, 3 gün sonra toyu olacaqdı – FOTO

23.07.2021 - 09:55

 

Azərbaycanda DƏHŞƏT: Nişanlı oğlan qəzada öldü, 3 gün sonra toyu olacaqdı - FOTO

 

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.

Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi “Mercedes” markalı 90-MP-585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.

Yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı.

Faktla bağlı araşdırma aparılır. (report)

Short URL: http://www.cumhuriyyet.net/?p=165274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31