Azərbaycanda ŞOK HADİSƏ – Polisin yaxınlaşdığını görüb atəş açdı – FOTO

02.08.2021 - 10:51

 

Azərbaycanda ŞOK HADİSƏ - Polisin yaxınlaşdığını görüb atəş açdı - FOTO

 

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, RPŞ-nə rayonun Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub.

Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Muradxanlı kənd sakini Rahib Hüseynov “iş başında” saxlanılıb.

Saxlanılan zaman R.Hüseynov odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən operativ şəkildə alınıb.

Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan təmiz çəkisi 10 kiloqram 200 qram olan qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 127 ədəd çətənə bitkisi, eləcə də bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilib.

Faktla bağlı R.Hüseynov barəsində İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=165583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31