Başqasının qarğıdalı sahəsində narkotik becərən qonşular saxlanıldı – FOTO

13.08.2021 - 10:36

 

Başqasının qarğıdalı sahəsində narkotik becərən qonşular saxlanıldı - FOTO

 

Balakəndə başqasının qarğıdalı sahəsində narkotik becərən qonşular saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, rayonun Şərif kəndindəki qarğıdalı sahəsində çətənə kollarının əkilib-becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin rayon sakinləri Zumrat Seriyev və Vüqar Heydərov olduqları müəyyən edilib. Keçirilən tədbir zamanı həmin şəxslər elə “iş başında” saxlanılıb. Baxış zamanı sahədən 18 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı qonşu olan V.Heydərovla Z.Seriyevin çətənə kollarını 2 ay öncə başqa şəxsə məxsus qarğıdalı sahəsində becərdikləri və vaxtaşırı aqrotexniki qulluq göstərdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=165947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31