Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ana 1 yaşlı oğlunu su kanalına atdı

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=166003