Paytaxtda taksi sürücüləri arasında dava – ÖLƏN VAR

09.09.2021 - 16:39

 

Paytaxtda taksi sürücüləri arasında dava - ÖLƏN VAR

 

Bakıda taksi sürücülərinin davası ölümlə bitib.

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə sentyabrın 8-də Mircəlal küçəsində naməlum taksi sürücüsünün yer üstündə yaranmış mübahisə zəminində Bakı şəhər sakini Nizami Ağayevin alın nahiyəsinə başı ilə xəsarət yetirib yerə yıxaraq hadisə yerini tərk etməsi, N.Ağayev aldığı zərbədən hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ağdam rayon sakini Y.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılaraq istintaqa təhvil verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=166695

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31