Mingəçevir Xəstəxanasında xəstə yaxını ilə həkimlər arasında dava

20.09.2021 - 17:05

 

Mingəçevir Xəstəxanasında xəstə yaxını ilə həkimlər arasında dava

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyası tibb müəssisəsində xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildirib.

Xəstəxanadan bildirilib ki, sentyabrın 19-da saat 21:02-də təcili yardıma vətəndaş Nərgiz Yusibova üçün mədə ağrısı narahatlığı ilə bağlı çağırış daxil olub.

“Çağırış edən şəxsə həmin saatda növdədə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib xəstəni Acil bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərilib.

İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb. Xəstə acildə olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb qırıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra Acilə gedərək həkimdən xəstənin daha 1 saat Acildə qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb”, – xəstəxanadan qeyd olunub. (report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=166920

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930