Bakıda polis əməkdaşı qəzaya DÜŞDÜ

21.10.2021 - 11:55

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən “Chevrolet Cruze” markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.

 

Nəticədə “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan “Mercedes” markalı avtomobil və “Toyota Prius” markalı avtomobillərlə toqquşub.

 

Zərbənin təsirindən “Mercedes”in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. “Toyota Prius”da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=167786

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31