Xurma yükündə dərman AŞKARLANDI

29.11.2021 - 16:09

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.

 

Bu barədə Komitədən  verilən məlumatda bildirilib.

 

Məlumata görə, İrandan ölkəmizdən tranzit keçməklə Rusiyaya “Xurma” yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili “Astara” gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının alt hissəsində, yataq yerinin altında, nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsində və iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində gömrük nəzarətindən gizlədilən 1215 həb, 122 flakon, 5 ədəd şprisdə maye halında olan müxtəlif adda dərman preparatları, 73 ədəd dərman preparatına aid olan karton qutu aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=168444

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728