“Ramin yeraz”a hökm oxundu

14.12.2021 - 15:48

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə “Ramin yeraz” kimi qeydiyyatdan keçən narkotik vasitələrin təbliğini etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

 

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıq məhrum edilib.

 

Qeyd edək ki, Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırladaq ki, R.İsmayılov bundan əvvəl də 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır. R.İsmayılov özünü “Ramin yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168709

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930