Bakıda “Kalaşnikov” silahı satmaq istəyən şəxs saxlanılıb

17.01.2022 - 14:13

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini Aftandil Çobanovda silah olması barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki çantaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031