Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının həbsi barədə məlumat yayıb

25.02.2022 - 14:30


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının həbsi barədə məlumat yayıb.

Məlumatda deyilir:

“Dövlət Xidmətinin ötən ilin sonunda apardığı araşdırmalar zamanı 4 saylı Abşeron Ərazi İdarəsinin bəzi əməkdaşlarının qanunsuz əməllərə yol verdiyi məlum olub.

Bu barədə aidiyyəti üzrə Baş Prokurorluğa məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Abşeron Ərazi İdarəsinin bir neçə əməkdaşı həbs edilmiş, barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması tədbirlərini aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, – deyə Dövlət Xidməti bəyan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171180

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031