Amerikalı senatordan Putinə qarşı “Brut”lu SUİ-QƏSD PLANI

04.03.2022 - 13:30

Amerikalı senator Lindsey Qrahamın son açıqlaması sosial mediada səs-küyə səbəb olub.

Musavat.com Sfera.az-a istinadən bildirir ki, amerikalı siyasətçi Rusiya prezidenti Vladimir Putinə sui-qəsd edilməsi ilə bağlı çağırış edib. O, bu barədə düşüncələrini “Twitter” hesabında bölüşüb.

“Rusiyada yaşayan kimsə bu adamı ortadan qaldırmalıdır. Ölkənizə və dünyaya böyük xidmət etmiş olarsınız”, deyən senator, Roma imperatoru Yuli Sezara xəyanət edən Brut və Adolf Hitlerə sui-qəsdə cəhd edən polkovnik Klaus fon Stauffenberqi nümunə göstərib. Lindsey fikirlərinə bu cür davam edib:

“Rusiyada bir Brut yoxdurmu? Rus ordusunda uğurlu “polkovnik Ştauffenberq” yoxdurmu? Bunun sona çatmasının yeganə yolu bu adamın aradan götürülməsidir. Bunu isə sadəcə rus xalqı edə bilər. Demək asandır, etmək çətin. Amma ömrünüzün sonuna qədər qaranlıqda, bütün dünyadan yoxsulluq içində təcrid olunmuş vəziyyətdə yaşamaq istəmirsinizsə, o zaman hərəkətə keçməlisiniz”.

Daha sonra “FOX News” televiziyasının canlı yayımına qatılan Qraham burada da sui-qəsd çağırışını təkrarlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=171466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930